143-cü teatr mövsümündə “Hökmdar və qızı” göstərildi

143-cü teatr mövsümündə “Hökmdar və qızı” göstərildi
21 sentyabr 2015
# 09:20

Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açıb. Teatrın mətbuat xidmətinin Kulisə verdiyi məlumata görə İ.Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada Xalq artistləri Rafiq Əzimov (Axund Mirmövsüm ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisyanov) Əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Əli Nur (Kəlbəli xan), Sabir Məmmədov (Saday bəy), Elşən Cəbrayılov (Lisanoviç), Əjdər Həmidov (Vanya Koxa), aktyorlar Şəhla Əliqızı (Ağabəyim ağa), Ləman İmanova (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Rada Nəsibova (Bəyim), Elnar Qarayev (Çapar) və Nigar Məmmədova (Cariyə) çıxış edirlər.

Tamaşadan öncə Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Xalq artisti Azər Paşa Nemət pərdə qabağına çıxaraq teatrın kollektivini və teatrsevərləri təbrik edib.

# 1770 dəfə oxunub

Müəllifin son yazıları

# # #