Salam Sarvandan “Qızıl kəlmə”yə SƏRT ETİRAZ

Salam Sarvandan “Qızıl kəlmə”yə <span style="color:red;">SƏRT ETİRAZ
3 may 2017
# 13:30

Tanınmış şair Salam Sarvan Facebook profilində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Qızıl Kəlmə” müsabiqəsinə etiraz edərək laureatları tənqid edib.

Məsələ ilə bağlı S.Sarvanla əlaqə saxladıq. O, bildirdi ki, müsabiqə obyektiv keçirilməyib:

“Düşünürəm ki, bu, yarış deyildi. Bilirsən, belə məsələlərə toxunanda adamdan sübut istəyərlər, o da yoxdur. Ona görə “Düşünürəm ki...” deyirəm... Bəli, düşünürəm ki, müsabiqə sövdələşmə ilə keçirilib, nəticəsi şəxsən mənə üç ay qabaqdan məlum idi. Ehtimal etdiyim siyahı düz çıxdı.”

S.Sarvan konkret Vaqif Bayatlı Odərin mükafata layiq olmadığı barədə yazdıqlarına da aydınlıq gətirdi: “Siyahıdakılar arasında ərk elədiyim o idi, ona görə onun adını yazdım. Yaşıl köynəkli oğlan bu "sövdələşmə"də iştirak etməməli idi. Statusun mətnaltı mənası bu idi.”

# 1268 dəfə oxunub

Müəllifin son yazıları

# # #