Şair Dəmir Gədəbəyli vəfat edib

<b>Şair Dəmir Gədəbəyli vəfat edib</b>
6 may 2019
# 11:42

Tanınmış şair Dəmir Gədəbəyli bu saatlarda dünyasını dəyişib.

Bu barədə Kulis.aza mərhumun qohumları məlumat verib.

Xatırladaq ki, Dəmir Gədəbəyli aprelin 9-da insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. O, həkim nəzarətində idi.

Bu il martın 27-də D.Gədəbəylinin 80 yaşı tamam olmuşdu.

Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bir çox mahnılarının söz müəllifidir

Allah rəhmət elədin

# 3193 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #