"Sözdən əşyaya" nəşr olundu

"Sözdən əşyaya" nəşr olundu
8 fevral 2020
# 12:45

Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət irihəcmli “Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub.

Kulis.az xəbər verir ki, nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.

Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab professor Cavanşir Yusiflinin filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova və şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Qeyd edək ki, kitab Azərbaycan Kitabının Təbliği Assosiasiyasının dəstəyi ilə çapa hazırlanıb.

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #