Bu bənzəyiş nədən, gözüm, şəhidlərin qanına?! – Günün Şeiri

Bu bənzəyiş nədən, gözüm, şəhidlərin qanına?! – Günün Şeiri
28 may 2019
# 09:30

Kulis.az 28 May - Respublika Günü münasibəti ilə hər kəsi təbrik edir və istiqlal şairi Əhməd Cavadın bayrağımıza yazdığı şeiri təqdim edir.

Gül rəngində bir yarpağın

Ortasında bir hilal!

Ey Al bayraq, sənin rəngin

Söylə, neyçün böylə al?!

Bu bənzəyiş nədən, gözüm,

Şəhidlərin qanına?!

Uğrunda can verənlər

Neyçün qıyar canına?!

Yol üstündə dərdli nənə

Görür səni, ağlamaz?!

Sən öylə bir şeirsən ki,

Sevməyənlər anlamaz!

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

Sən ey hilal, al qoynuna,

Aldın göydən yıldızı!

Məftun etdin sən kəndinə,

Ən sevdalı bir qızı!..

# 3511 dəfə oxunub

Müəllifin son yazıları

# # #