Tanınmış aktyor intihar etdi

Tanınmış aktyor intihar etdi
31 yanvar 2018
# 10:05

Amerikalı aktyor Mark Sallinq dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun hansı səbəbdən öldüyü məlum olmasa da, ilkin ehtimala görə, o, intihar edib.

35 yaşlı Markın meyidi yaşadığı evin yaxınlığındakı küçədə tapılıb. faktla bağlı araşdırma gedir.

Qeyd edək ki, "Xor" serialında (2009-2015) canlandırdığı "Pakermen" obrazı ilə məşhurlaşan Sallinq 2015-ci ildə uşaq pornoqrafiyası saxladığı üçün şübhəli bilinərək həbs olunub. 2017-ci ilin sonları aktyor cinayəti boynuna alıb. Onun haqda qərar bu ilin martında çıxmalı idi.

# 992 dəfə oxunub

Müəllifin son yazıları

# # #