Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı
4 noyabr 2026
# 10:00

Ayasofiyada aparılan genişmiqyaslı bərpa və möhkəmləndirmə işləri çərçivəsində yeraltı tunellər, su kanalları, zirzəmilər və qədim dövrlərə aid edilən dörd otaqlı yeraltı məzarlıq (hipoje) üzə çıxarılıb.

Kulis.az xəbər verir ki, həyata keçirilən təmizlik prosesində indiyədək təxminən 3 min ton palçıq və tikinti qalığı çıxarılaraq İstanbulun tarixi su idarəetmə infrastrukturuna dair vacib məlumatlar əldə edilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy elmi araşdırmalar, təhlükəsizlik və mühafizə tədbirləri tamamlandıqdan sonra yeraltı quruluşların uyğun bölmələrinin ziyarətçilərə açılmasının hədəfləndiyini bildirib.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər