“Amerikalı kürəkən” yenidən səhnədə

“Amerikalı kürəkən” yenidən səhnədə
6 iyun 2022
# 10:00

“Amerikalı kürəkən” yenidən ​ Akademik Musiqili Teatrın səhnəsinə qayıdır

Üç illik fasilədən sonra ilk dəfə 18 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Amerikalı kürəkən” tamaşası yenidən oynanılacaq. ​

Kulis.az xəbər verir ki, yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar, Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti, "Şöhrət” ordenli professor İlham Namiq Kamaldır.

Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılacaq.

Səhnə əsərində rolları xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova,​ ​Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər​ Əlizadə, İqrar Salamov, aktyorlar​ Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan​ Mürsəlov, Gülnarə​ Əzizova, Nigar​ Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

"Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilər. Kollektiv sifarişlər qəbul olunur.

# 2762 dəfə oxunub

Müəllifin son yazıları

# # #