“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə
23 iyul 2026
# 17:30

Respublika Gənclər Kitabxanası Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq və ictimai xadim, akademik Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə yeni rəqəmsal material hazırlayaraq oxuculara təqdim edir. “Xalq şairi Səməd Vurğun – xalqın səsi, zamanın bayraqdarı” adlı material oxucuların, xüsusilə gənc nəslin görkəmli söz ustadının yaradıcılığı ilə daha yaxından tanış olması, klassik ədəbi irsə marağın artırılması məqsədilə hazırlanıb.

Kulis.az xəbər verir ki, materialda Səməd Vurğunun zəngin həyat və yaradıcılığı geniş şəkildə əks olunur. Şairin bədii irsi, elmi və ictimai fəaliyyəti, dramaturgiyası, tərcüməçilik sahəsində xidmətləri, Azərbaycan poeziyasının inkişafındakı müstəsna rolu və ədəbiyyat tariximizə bəxş etdiyi qiymətli əsərlər haqqında geniş məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Səməd Vurğunun layiq görüldüyü dövlət təltifləri, fəxri adları və mükafatları, həmçinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, adına verilmiş küçələr, məktəblər, mədəniyyət ocaqları, ev-muzeyi və digər memorial nümunələr haqqında da məlumatlar yer alır.

“Xalq şairi Səməd Vurğun – xalqın səsi, zamanın bayraqdarı” adlı rəqəmsal material kitabxananın rəsmi saytında yerləşdirilib.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər