Fransız yazıçı vəfat etdi

Fransız yazıçı vəfat etdi
4 avqust 2023
# 18:27

Fransız yazıçı, ssenarist Gilles Perro 92 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçının ölüm səbəbi hələ açıqlanmayıb.

Perro 1931-ci il martın 9-da Parisdə anadan olub. Cinayət süjetli çoxlu kitablar, esselər və ssenarilər yazıb.

Onun yazdığı kitablar dünyanın bir çox dillərinə tərcümə edilib.

Yazıçının ən məşhur əsəri 1978-ci ildə nəşr olunan "Qırmızı Pullover"dir. Bu əsər müəllifin kiçik qızı Mari Dolores Ramblı oğurlayıb öldürməkdə ittiham olunan Kristian Ranuççini ilə bağlı araşdırmalardan ibarətdir.

Kitab 1 milyon nüsxədən çox satılıb.

# 690 dəfə oxunub

Müəllifin son yazıları

# # #