"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub
6 mart 2026
# 16:11

"Ulduz" jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir.

Kulis.az xəbər verir ki, martın 6-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarla görüş keçirilib.

Tədbir gənclərin müasir Azərbaycan ədəbiyyatına marağını artırmaq və ədiblə canlı ünsiyyət imkanı yaratmaq məqsədi daşıyırdı.

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Universitetinin kafedra müdiri Gülnar Rzayeva, dosent Xəyalə Cəfərova, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Taleh Mansur və Dayandur Sevgin, tərcüməçi Nərgiz Məhərrəmzadənin iştirak etdiyi tədbirdə tələbələr Anar müəllimə onun yaradıcılığı, müasir ədəbi proses və Azərbaycan Yazıçılar Birliyi ilə bağlı müxtəlif suallar ünvanladılar.

Qeyd edək ki, tədbirin sonunda ədib tələbələrə imzalı kitablarını hədiyyə etdi, xatirə şəkilləri çəkildi.

# 175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər