Cəbəllütariqdə 40 min il bağlı qalmış gizli otaq tapıldı

Cəbəllütariqdə 40 min il bağlı qalmış  gizli otaq tapıldı
12 yanvar 2026
# 17:40

Cəbəllütariqdə yerləşən Qorham mağaralar kompleksində aparılan arxeoloji qazıntılar neandertalların dəniz məhsullarından istifadə etdiyini, alətlər hazırladığını və simvolik düşüncə qabiliyyətinə malik olduğunu ortaya qoyub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar burada 60 min illik texnologiya olan huş ağacının qətranı istehsalına dair sübutlar aşkar ediblər.

Həmçinin kompleksdə təxminən 40 min il bağlı qalmış gizli bir otaq tapılıb və bu otağın insanlar tərəfindən istifadə edildiyi düşünülür.

Qeyd edək ki, məlumatlar neandertalların bölgədə 24–33 min il əvvələ qədər yaşadığını göstərir. Bu isə onların düşündüyümüzdən daha gec yoxa çıxdığını sübut edə bilər.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər