Ərdoğandan yeni təyinatlar

Ərdoğandan yeni təyinatlar
10 aprel 2025
# 14:50

Türkiyədə Prezidentlik daxilində yeni təyinatlar həyata keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və İncəsənət Siyasətləri Şurasına daxil olan məşhur sənətçilər Orhan Gencebay və Hülya Koçyiğit olub.

Eyni zamanda, Sərbəst Dalış Dünya Rekordçusu Şahika Ercümen də Sosial və Gənclik Siyasətləri Şurasına daxil edilib.

10 şura üzrə 140 nəfər təyin olunub.

Bu təyinatlar Prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif sahələrdəki siyasətləri gücləndirmək və inkişaf etdirmək məqsədini daşıyır.

# 322 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #