Ukraynanın Xalq artisti Rusiya vətəndaşı oldu

Ukraynanın Xalq artisti Rusiya vətəndaşı oldu
19 iyun 2025
# 13:00

Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb.

Kulis.az xəbər verir ki, rəsmi sənəd iyunun 9-da müğənniyə təqdim olunub.

Sənəddə Karolina (əsl adı) adı yazılıb.

Qeyd edək ki, ifaçının adı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarına daxil edilən məşhurlar siyahısında yer alıb. Sanksiyalar çərçivəsində onun ölkədəki əmlakları müsadirə edilib.

Lorak bu ilin martında İsaak Vijraku ilə gizli şəkildə ailə qurub.

# 161 dəfə oxunub

Müəllifin son yazıları

# # #