“Sizə məktub var” filminin premyerası keçirildi

"Sizə məktub var" filmi

"Sizə məktub var" filmi

30 oktyabr 2021
# 13:50

Oktyabrın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Sizə məktub var” filminin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsindən bəhs edən film tibb bacısı Səidə ilə qonşuluqda yaşayan Nadir adlı oğanın dostluğundan, sevgisindən bəhs edir.

2019 cu ildə istehsal olunan filmin ssenari müəllifi və rejissoru Məzahir Haşımovdur. Baş rolların ifaçıları Dəniz Tacəddin və Əli Əlizadədir.

Filmin premyerasndan sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə film ətrafında müzakirə keçirilib. Rejissor və filmin digər yaradıcı heyəti onlara ünvanlanan sualları cavablandırıblar.

# 5879 dəfə oxunub

Müəllifin son yazıları

# # #