Uğur az dost gətirir - Uğur haqqında aforizmlər

Uğur az dost gətirir - Uğur haqqında aforizmlər
6 aprel 2023
# 21:00

Kulis.az uğur haqqında ən yaxşı 30 aforizmi təqdim edir.


1. Ben Svitland: “Uğur gedilən yoldur, çatdığın məkan deyil”.

2.Sartr: "İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir".

3. Conor McGregor: “Uğurlu insanların üç sirri var: özünə inam, müsbət düşüncə, dürüstlük və çalışqanlıq. Çoxları bu üç prinsipi bilir, lakin onlardan az bir qismi onları həyata keçirir”.

4. Dmitri Nağıyev: “Təkcə ləyaqətimiz deyil, başqalarının ləyaqətinə hörmətimiz də bizə uğur qazanmağa imkan verir”.

5. Horatio Nelson: “Müvəffəqiyyət bir çox səhvləri yada salır, lakin məğlubiyyət zamanı bir çox doğrular unudulur”.

6. Teodor Ruzvelt: “İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur”.

7. Jean Girodou: “Həyatda ən vacib şey səmimiyyətdir. Onu təsvir etməyi öyrənin və müvəffəqiyyət sizing olsun”.

8. Qustav Flober: “Heç bir şey məni uğurun nəyə başa gəldiyini düşünməkdən daha pis etmir”.

8. Gilbert Sesbron: “Uğur sübut deyil, daha az əsaslandırmadır”.

9. Gilbert Sesbron: “Uğurlu insan səhvlərinin əvəzini başqalarına ödəməyə məcbur edən insandır”.

10. Will Smith: “Pul və uğur insanı dəyişdirmir. Onda olanı ortaya çıxarır”.

Uğura gedən yolda niyə geri dönməməliyik? - InvestAZ Blog

11. Mark Tven: “Şöhrət tüstüdür, uğur qəzadır! Yer üzündə etibarlı olan yeganə şey qaranlıqdır”.

12. Thomas Dewar: “Dünənki uğur dünənə aiddir”.

13. Arnold Schwarzenegger: “Böyük başlayın, böyük olun və heç vaxt geriyə baxmayın”.

14. Bernard Shaw: “Uğur dediyimiz şey həqiqətən istedadı olmayan hər bir insanın təzminatıdır”.

15. Thomas More: “Uğurlu olmaq istəyirsinizsə, ona sahib olduğunuz kimi görünməlisiniz”.

16. Viktor Emil Frankl: “Uğursuzluq heç vaxt mənanın itirilməsi demək deyil”.

17. Sam Walton: “Yüksək gözləntilər uğurun açarıdır”.

18. Stas Yankovski: “Uğur heç vaxt tək gəlmir. Onunla iki bəla gəlir: paxıl insanlar və həmmüəlliflər”.

19. Donald Tramp: “Ən böyük uğur, axına qarşı üzəndə olur”.

Uğura aparan 6 yol

20. Luc de Clapier Vovenargues: “Uğur çox şey versə də, dostlar qazandırmır ”.

21. Luc de Clapier Vovenargues: “Uğur az dost gətirir”.

22. Merilin Monro: “Bütün qaydalara əməl etsəydim, heç vaxt bütün bunlara nail olmazdım”.

23. Merilin Monro: “Uğur insanların sizə nifrət etməsinə səbəb olur. Kaş ki, heç vaxt başıma gəlməzdi. Ətrafınızdakıların gözlərindəki qəzəbi görmədən uğurdan həzz almaq çox gözəl olardı”.

24. Frank Sinatra: “Uğurlu olmaq üçün dostların olmalıdır; lakin böyük uğuru davam etdirmək üçün insanın çoxlu dostu olmalıdır”.

25. Aşot Nadanyan: “Bəzilərinin uğurunun təməl daşları çox vaxt başqalarının büdrəmələri olur”.

26. Andre Jid: "Yaxşı başlanğıc uğurun yarısıdır".

27. Abraham Linkoln: “Həmişə unutmayın ki, uğur qazanmaq üçün öz qərarınız hər şeydən daha vacibdir”.

28. Edqar Hou: “İnsan heç kimə görə deyil, hamıya rəğmən uğur qazanır”.

29. Lev Tolstoy: “Uğurun asılı olduğu yeganə şərt səbrdir”.

30. Lao Szı: “Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır”.

# 14677 dəfə oxunub

Müəllifin son yazıları

# # #