AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda

AMEA-nın əməkdaşlarının məqalələləri Avstriyanın elmi toplusunda
18 sentyabr 2024
# 17:55

“Science without borders” (“Sərhədsiz elm”) elmi toplusu Beynəlxalq Elmlər Akademiyası tərəfindən iki ildən bir çap olunur.

Kulis.az xəbər verir ki, toplunun redaktorları Beynəlxalq Elmlər Akademiyasının prezidenti Valter Kofler və BEA-nın Azərbaycam bölməsinin rəhbəri professor Elçin Xəlilovdur.

Görkəmli dünya alimlərinin əsərləri dərc olunan elmi topluda AMEA-nın iki əməkdaşının da ingilis dilində elmi məqalələri çap olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki Vüqar Əhmədin “A comparative study of man`s place in thoughts of Mansur Ebn Hallaj, Emadeddin Nasimi and Freidrich Nietzsche with an emphasis on Emadeddin Nasimi`s thought development”. (“Mənsur ibn Həllac, İmadəddin Nəsimi və Fridrix Nitşsenin düşüncələrində insanın yerinin müqayisəli tədqiqi, İmadəddin Nəsiminin təfəkkürünün inkişafı”), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Baş mühafizi, filologiya elmləri doktoru, dosent Səbinə Əhmədovanın “The creativity of Mashadi Azer Buzovnali” (“Məşədi Azər Buzovnalının yaradıcılığı”) məqalələri elmi topluda işıq üzü görüb.

# 173 dəfə oxunub

Müəllifin son yazıları

# # #