18 sentyabr Milli Musiqi Günüdür

18 sentyabr Milli Musiqi Günüdür
18 sentyabr 2024
# 09:17

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü tamam olur.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın 18-də açıq elan edilir və 10 gün ərzində keçirilir.

Festival çərçivəsində təqdim olunan proqrama əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, bəstəkarın ev-muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünyaşöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında musiqisevərlərə təqdim olunur.

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər