“Vidalaşmadan getməyin” monotamaşası növbəti dəfə göstəriləcək

“Vidalaşmadan getməyin” monotamaşası növbəti dəfə göstəriləcək
15 iyul 2022
# 19:00

İyulun 16-da “M” teatrında “Vidalaşmadan getməyin” adlı monotamaşanın növbəti dəfə nümayişi olacaq.

Kulis.az xəbər verir ki, monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır və beləcə səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.


# 1001 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #