Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi
12 avqust 2026
# 19:00

Çorumda yerləşən və 8 min illik tarixə malik Xattuşa qədim şəhərində aparılan arxeoloji qazıntılar zamanı Aşşur ticarət koloniyaları dövrünə aid anbar və ticarət mərkəzi aşkar edilib.

Kulis.az xəbər verir ki, UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısında yer alan və bir vaxtlar Xet sivilizasiyasının paytaxtı olmuş qədim şəhərdə qazıntı işləri Almaniya Arxeologiya İnstitutunun nümayəndəsi, professor Andreas Şaxnerin rəhbərliyi ilə davam etdirilir.

Kral Sarayı ilə Böyük Məbəd arasında yerləşən maili yamacda aşkarlanan və eramızdan əvvəl 1800-1750-ci illərə (Xetlərdən əvvəlki dövrə) aid edilən anbarda 16 ədəd böyük saxsı küp üzə çıxarılıb.

Qazıntı rəhbəri bildirib ki, Orta Tunc dövrünə aid bu iri küplərdə bir vaxtlar kənd təsərrüfatı məhsulları və ərzaq ehtiyatları saxlanılıb.

O, həmçinin qədim tikilinin sürüşmə nəticəsində dağıldığını və xetlərin daha sonra bu ərazidə yenidən tikinti işləri apardıqlarını qeyd edib.

Qeyd edək ki, aşkar edilən saxsı qabların daxilindəki nümunələrin botanik analizləri aparılacaq.






# 54 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər