Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk
28 avqust 2026
# 15:45

"All Stars Music Türkiye" və "Recording Academy" arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Türkiyə musiqi sənayesində tarixi ilkə imza atılıb.

Kulis.az xəbər verir ki, aralarında Hadise, Edis, Mabel Matiz, Melike Şahin, Mert Demir, Büşra Kayıkçı və Murat Ertel kimi tanınmış adların yer aldığı 13 türkiyəli sənətçi və musiqi peşəkarı "Recording Academy" üzvlüyünə qəbul edilib.

Qərara əsasən sənətçilər öz layihələrini 69-cu "Grammy" Mükafatlarının qiymətləndirmə mərhələsinə təqdim etmək, həmçinin namizədlərin müəyyənləşdirildiyi səsvermə prosesində birbaşa iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, "Grammy" mükafatlarının rəsmi namizədləri 2026-cı il noyabrın 16-da elan olunacaq, təntənəli təqdimetmə mərasimi isə 7 fevral 2027-ci ildə baş tutacaq.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər