“Titanik”in qalıqları arasında itən sualtı qayığın axtarışları film olur

“Titanik”in qalıqları arasında itən sualtı qayığın axtarışları film olur
22 iyun 2023
# 14:20

Britaniya "Channel 5" telekanalı içərisində milyarderin də olduğu itkin düşən sualtı qayığın axtarışından bəhs edən sənədli film nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, ekran işinin adı "Titanic Sub: Lost at Sea" olacaq. Filmdə səyahətin təfərrüatları, sərnişinlərin tərcümeyi-halı işıqlandırılacaq.

Qeyd edək ki, hazırda Atlantik okeanının şimal hissəsində itən sualtı nəqliyyat vasitəsinin axtarışları davam edir. Qayıq iyunun 18-də, yoxa çıxıb. Orada beş nəfər olduğu bildirilib. "OceanGate Expeditions" şirkəti gəminin yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıq turistləri "Titanik"in batdığı yerə aparırdı. Gəmidə oksigen azalarsa, ekipajın sağ qalma ehtimalı olmayacaq.

Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi olub.

# 1086 dəfə oxunub

Müəllifin son yazıları

# # #