İsa Məsihin tablosu yoxa çıxdı

İsa Məsihin tablosu yoxa çıxdı
1 aprel 2019
# 10:28

İsa peyğəmbəri əks etdirən məşhur tablo yoxa çıxıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa intibah dövründə yaşamış italyalı rəssam Leonardo da Vinçinin İsa Məsihi əks etdirən “Dünyanın xilaskarı” əsəri Luvr muzeyinin filialı Abu-Dabidən yoxa çıxıb. Muzey rəsmiləri bu barədə heç bir məlumat olmadığını bildirirlər.

1500-cü ildə çəkildiyi güman olunan əsər 2017-ci ilin noyabr ayında ərəb şahzadəsi tərəfindən 450 milyon dollara satın alınmışdı.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #