Televiziya ulduzu bıçaqlanaraq qətlə yetirildi

Televiziya ulduzu bıçaqlanaraq qətlə yetirildi
26 sentyabr 2024
# 10:43

İllərdir yayımlanan dizayn verilişinin ulduzu Eduardo Xol bıçaqlı hücum nəticəsində dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Palm Springs şəhərində yaşayan 58 yaşlı Eduardo Xol sentyabrın 10-da bıçaqlı hücumdan sonra dünyasını dəyişib.

Xolun bıçaqlanmasında şübhəli bilinən 34 yaşlı Riçard Cozef Qonzales həbs edilib.

Qeyd edək ki, Xol təxminən 8 il yayımlanan "Extreme Makeover: Home Edition" adlı verilişin ulduzu idi. O, həmçinin, aktyor və müğənni kimi də fəaliyyət göstərib.

# 310 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #