Nazirlik Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirdi

Nazirlik Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirdi
13 oktyabr 2025
# 17:30

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun ailəsinin şikayətlərinə aydınlıq gətirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Nazirlikdən sorğuya cavab olaraq "Qurumun fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur",- deyə bildirilib.

“Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır”, - cavabda deyilib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə Nazirlik onun vəziyyətini daim diqqətdə saxlayıb, müalicə prosesinə mümkün dəstəyi göstərib: “Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirib.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər