Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın əşyaları satışa çıxarılacaq.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Nelson Mandelanın təxminən 100-ə yaxın əşyası arasında 1998-2003-cü illərdə Kraliça Elizabetlə görüşdə geyindi rəngarəng Madiba köynəyi də var. Bundan başqa Nelson Mandelanın 1976-cı ildə Robben adasında həbsdə yatarkən yazdığı dörd səhifəlik məktub da hərracda alıcılarını gözləyəcək.
Hərrac dekabrın 11-də Nyu-Yorkda keçiriləcək.