Tarixin ən yaddaqalan 11 cütlüyü – Siyahı

Tarixin ən yaddaqalan 11 cütlüyü – Siyahı
24 fevral 2022
# 17:00

Kulis.az dünya tarixinə ciddi təsir göstərmiş 11 cütlüyü təqdim edir.

1. Makidoniyalı İsgəndər və Hephaistion
Uşaqlıqdan bir yerdə böyüyən cütlük arasındakı sevgi evlilik dönəmində bitir. Tarixçilərin yazdığına görə, bu iki şəxsiyyət bir-birinə o qədər çox bənzəyirdi ki, onları hətta saraydakılar da ayıra bilmirdi. Böyük İsgəndərin həyatında önəmli yeri olan Hephaistion hökmdarın verdiyi ciddi qərarlara təsir edəcək qədər ona yaxın olub.

2. Kleopatra və Yuli Sezar

Bu tarixi sevgi başlayanda Kleopatranın 21, Sezarın isə 52 yaşı olub. Roma ilə Misir imperatorluqları arasında münaqişənin dayanmasına və uzun müddətli sazişin bağlanmasına səbəb olan sevgi Sezarın öldürülməsinə qədər davam etdi. Cütlüyün bir oğlu da var idi.

3. Teodora və I. Castianus

Bu sevgi o qədər böyük idi ki, cütlük 6-cı əsrdə Şərqi Romada iqtidara keçdi. Qadın haqlarının ilk müdafiəçisi kimi tanınan Teodora öz gücünü sevgilisinin nitqlərindən alırdı. Cütlük həm də o dövrdə Aya Sofiya məbədinin inşasına başlamışdı.

4. İzabella və Ferdinand

İzabella və II. Ferdinand 32 illik evlilik həyatında İspaniyanı 15-ci əsrin ən güclü dövlətinə çevirdi. Cütlük Xristofor Kolumba dəstək olaraq İspaniya imperatorluğunun yaranmasına da yol açdılar.

5. Şah Cahan və Mümtaz Mahal

17-ci əsrdə Babür imperatoru Şah Cahan və üçüncü arvadı Mümtaz Mahalın sevgisi Tac Mahal kimi bir abidənin tikintisi ilə əbədiləşdi. 1612-ci ildə evlənən cütlük 1632-ci ildə Mümtaz Mahalın ölümü ilə əbədi ayrıldılar.

6. Napoleon və Jozefina

Napoleon Bonapart və Jozefinanın fırtınalı eşqi sonda evliliyə çevrildi. İmperatorluqda xüsusi yeri olan Jozefina Bonaparta övlad verə bilmədiyi üçün cütlük ayrıldılar. Lakin ayrıldıqdan sonra da Napoleon yenə də imperatorluqdakı ciddi qərarları onunla bir yerdə verirdi.

7. Anna Muray və Fredrik Duqlas

İki qulun sevgisi dünya tarixində ən yaxşı natiqləri yetişdirdi. Duqlas üçün Nyu-Yorkda yaxşı bir həyat qurmağı planlayan Muray sona kimi ona sadiq qaldı.

8. Mari və Pier Kuri

1903-cü ildə Fizika sahəsində Nobel mükafatı alan cütlük sevgi həyatını daha çox labaratoriya şəraitində keçirdi. Parisdəki Sorbon universitetində tanış olan Kurilər elm tarixinə ciddi təsir göstərmiş cütlükdür.

9. Qertrud Stein və Alisa Toklas

1907-ci ildə bir balda tanış olan cütlük Pikasso, Hemenquey, Fitşerald kimi məşhurlarla ailəvi dost olublar. Tarixdə bu cütlük haqqında belə yazılır:
“Parisi onlar Paris etdi!”
Bu iki geyin sənət camiəsindəki yerləri isə əbədi olaraq qaldı.

10. Frida Kahlo və Dieqo Rivera

20-ci əsrin ən önəmli iki rəssamının sevgisi təlatümlü keçsə də, onlar axıra kimi bir yerdə ola bildilər. Kahlonun xəstəliyindən, Dieqonun şorgözlüyündən doluyu bir neçə dəfə ayrılıq yaşasalar da, sənətləri onları bir-birinə pərçinləmişdi.

11. Roden Oqyust və Kamilla Klodel

Əvvəlcə sevgili, sonra rəqib olan cütlük Paris sənət camiəsinin ən yaddaqalan heykəltəraşları oldu. Cütlüyün ayrılmasına səbəb isə “Cəhənnəm qapıları” əsəri idi. Böyük hissəsini Kamilla ilə işləyən Roden sonralar bunu inkar edirdi.


# 3712 dəfə oxunub

Müəllifin son yazıları

# # #