Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat
23 sentyabr 2026
# 14:00

Mərhum Uels Şahzadəsi Diananın qardaşı Qraf Çarlz Spenserin işıq üzü görən "Swan Song: Diana, My Sister" adlı xatirə kitabı Britaniya kral ailəsində yenidən gərginlik yaradıb.

Kulis.az xəbər verir ki, Spenser kitabında 1997-ci ildə Diananın dəfn mərasimi zamanı o vaxtkı Uels şahzadəsi Çarlzın kiçik yaşlı oğulları Uilyam və Harriyə qarşı soyuq və laqeyd münasibət göstərdiyini iddia edib.

Bukingem Sarayı bu iddialara qarşı təmkinli üslubundan kənara çıxaraq sərt bəyanat yayıb.

Bəyanatda bacı itkisinin yaratdığı kədərin illər keçsə də insanın yaddaşına və mühakimə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi vurğulanıb.

Qeyd edək ki, sözügedən kitabın 12 dilə tərcümə edilərək bütün dünyada satılacağı gözlənilir.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər