Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
4 sentyabr 2026
# 16:20

Fransız rejissor Toni Qatlif ölkənin cənubundakı Arl şəhərində yeni tarixi film layihəsi üzərində işləyərkən vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət naziri Ketrin Peqar başsağlığı mesajı yayımlayıb.

1948-ci ildə Əlcəzairdə doğulan və əsl adı Mişel Dahamani olan sənətçi, xüsusilə qaraçı mədəniyyətini və köçəri həyatı mövzu alan filmləri ilə tanınırdı.

O, "Gadjo Dilo" və Kann Kinofestivalında "Ən yaxşı rejissor" mükafatını qazandığı "Exils" daxil olmaqla 25 filmə imza atıb.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər