Tanınmış rejissor vəfat etdi

SSRİ Xalq artisti Vladimir Naumov

SSRİ Xalq artisti Vladimir Naumov

29 noyabr 2021
# 16:01

Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.

Sami Yusuf “Qarabağımsan” adlı kompozisiya hazırlayıb - VİDEO
Zəfər Gününə həsr olunmuş "Zəng" adlı qısametrajlı film təqdim edilib - FOTO - VİDEO
Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunacaq
V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.

1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Qeyd edək ki, "Tehran-43" detektiv filminin bəzi səhnələri Bakıda lentə alınıb.

# 1362 dəfə oxunub

Müəllifin son yazıları

# # #