Dünya şöhrətli rejissor qəfil vəfat etdi

Dünya şöhrətli rejissor qəfil vəfat etdi
11 dekabr 2020
# 14:29

Cənubi Koreyalı rejissor Kim Ki Duk vəfat edib.

Kulis.az "Ria Novosti"yə istinadla xəbər verir ki, rejissor Latviyada dünyasını dəyişib.

Məlumata görə o Yurmala şəhərində ev alaraq burada yaşamağı planlayırmış. Vacib iclasa gəlmədiyini görən dostları xəstəxanalara Kim Ki Dukla bağlı sorğu göndərib.

Məlum olub ki, rejissor qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Kim Ki Duk Venesiya, Berlin, Kann kimi məşhur festivalların qalibi olub. Onun "Boş ev", "Pyeta", "Bahar, yay, payız, qış... və bahar", "Moebius" kimi filmləri dünya tamaşaçılarının rəğbətini qazanıb.

# 2205 dəfə oxunub

Müəllifin son yazıları

# # #