Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu vəfat edib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.
Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.
- Sevdiyinə həsrət qalan, xəstəxanada ürəyi partlayan Hüseyn Seyidzadə
- Misir bazarlarında çəkilmiş Hollivud filmlərini xatırlatdı - Hekayə müzakirəsi
- E-xronika - Nahid Hacıyevin yeni hekayəsi
Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazının canlandırıb./oxu.az/