Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
27 avqust 2026
# 12:40

Səhnə, kino və səsləndirmə sahəsində zəngin yaradıcılığı ilə tanınan əfsanəvi britaniyalı aktyor Tim Karri 80 yaşında evində vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, o, 2012-ci ildə keçirdiyi ağır insultdan sonra uzun illər müxtəlif səhhət problemləri ilə mübarizə aparırdı.

1975-ci ildə ekranlara çıxan "The Rocky Horror Picture Show" musiqili komediyasında canlandırdığı Dr. Frank-N-Furter obrazı ilə dünya şöhrəti qazanan Karri, öz nəslinin ən xarizmatik və unikal sənətçilərindən biri hesab olunurdu.

1968-ci ildə "Hair" rok-müzikli ilə peşəkar səhnəyə qədəm qoyan aktyor, teatr fəaliyyəti boyu Şekspir, Brext və Stoppardın pyeslərində, eləcə də "Amadeus" və "Spamalot" kimi məşhur quruluşlarda yer alaraq üç dəfə "Toni" mükafatına namizəd göstərilib.

2012-ci ildən sonra daha çox səsləndirmə layihələrinə diqqət ayıran sənətçi bu sahədəki fəaliyyətinə görə "Emmi" mükafatına da layiq görülmüşdü.


# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər