Tanınmış aktrisa yenidən səhnəyə qayıdır

Tanınmış aktrisa  yenidən səhnəyə qayıdır
8 oktyabr 2025
# 16:15

Türkiyənin tanınmış aktrisası və ssenaristi İclal Aydın uzun müddətdən sonra səhnəyə qayıdır.

Kulis.az xəbər verir ki, ssenarisini özü qələmə aldığı “Amma deyil, baxmayaraq” adlı birpərdəli musiqili tamaşa 3 noyabrda ilk dəfə İzmir İstinyeArt səhnəsində izləyicilərə təqdim ediləcək.

Sevgi, ümid və insana dair mübarizələrdə yenidən bir araya gəlməyin mümkün olduğunu xatırladan bu tamaşa, premyerasından sonra Türkiyədə qastrol səfərinə çıxacaq.

Qeyd edək ki, tamaşanın musiqiləri Cenk Erdoğana, geyim tərtibatı isə Simay Bülbülə aiddir.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər