Taleh Yüzbəyovdan yeni film - Video

Taleh Yüzbəyov, aktyor

Taleh Yüzbəyov, aktyor

10 noyabr 2021
# 10:40

“Zəhər tuluğu” tammetrajlı filmin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, bu barədə ssenarist-aktyor Taleh Yüzbəyov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Sosial dram janrında çəkilən filmin istehsalat prosesi tamamlanıb və dekabr ayının 23-dən etibarən, kinoteatrlarda nümayiş olunacaq.

Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili Taleh Yüzbəyov tamaşaçılar bu dəfə fərqli obrazda görəcək.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

# 3259 dəfə oxunub

Müəllifin son yazıları

# # #