Tanrıya şükr etmək üçün hər şey... - Əlibalanın yeni şeirləri

Tanrıya şükr etmək üçün hər şey... - Əlibalanın yeni şeirləri
29 mart 2024
# 17:00

Kulis.az Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

Dönüş

Küləkdə
titrəyən yulğunlara baxarkən
səssizcə
hiss etmək
qorxmuş ümidləri....

İndi əllərini yaş üzüm yarpaqlarına çırpırsan.
gülmək istəyirsən
sevgi süzülməsini
gözləyərkən...

***

Əsmər üçün xülya

Əllərimizlə
saxlamışdıq
axar su üzündə almaları.
tərpənir,
ovcumuza toxunurdular.

Və sən - gün şüasında qızarmış
yanaqlarınla....

***

Əsmər üçün

Uçan dənəciklərlə yağış -
qar kimi....
Kirpiyindən sildiyim dənəciklər
əlimdə
nəmə döndü -
xəyal etdim...

Birazca nəm - Tanrıya şükr etmək üçün hər şey...

Xoşbəxtlik üçün

Bağça.
Yayı xatırladan günəş.
Meyvə yeyən sevgilini xəyal etmək...
Qırmızı qabıqların
qoxusuna
toxunan bəyaz əllər....

Üzündə
kiçik arxın
suyunda soyuyan meh...

Bəlkə

Küləkdə tərpənən
yaşıl, qızılı otlar...
Yoğrula bilərdi, qorxular
yumşaq toxunuşlar
arasında...

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

# # #