Səni niyə belə sevdim? - Vaqif Bayatlı

Səni niyə belə sevdim? - Vaqif Bayatlı
17 aprel 2025
# 10:10

Kulis.az Vaqif Bayatlının "Səni niyə belə sevdim?" şeirini təqdim edir.

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

# 184 dəfə oxunub

Müəllifin son yazıları

# # #