Marsdakı qayalarda keçmiş həyatın izi ola bilər

Marsdakı qayalarda keçmiş həyatın izi ola bilər
11 sentyabr 2025
# 13:30

NASA- nın "Perseverance" kəşfiyyat aparatı Cezero Kraterində “Cheyava Falls” adlı bir qayada ağ ləkələrin ətrafında qara halqalardan ibarət, leopard dərisindəki xallara oxşayan naxışlar aşkar edib.

Kulis.az xəbər verir ki, bu kəşf qırmızı planetdə keçmiş həyatın ən güclü izlərindən biri kimi qiymətləndirilib. Ləkələr mikrobların təsiri ilə yaranan kimyəvi reaksiyalarla əlaqələndirilib.

Həmçinin, qayada təbii karbon, kükürd, fosfor və oksidlənmiş dəmir kimi mikroorqanizmlər üçün enerji mənbəyi ola biləcək elementlər də tapılıb.

Qeyd edək ki, alimlər bu strukturların həqiqətən bioloji mənşəli olub-olmadığını təsdiqləmək üçün əlavə araşdırmalar lazım gəldiyini bildirib.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər