Kinematoqrafçılarımız Kann Film Festivalında

Kinematoqrafçılarımız Kann Film Festivalında
16 aprel 2025
# 17:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az mayın 13-dən 24-dək keçiriləcək 78-ci Kann Beynəlxalq Film Festivalında akkreditasiyadan keçib.

Kulis.az xəbər verir ki, saytı müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov təmsil edərək, festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir.

Yerli kinotənqidçilərin beynəlxalq festivallarda iştirakına dəstək gələcəkdə də davam edəcək. Bu addım Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, ermənilərin bizə qarşı olan təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq. Dünya kinosunun tərkib hissəsi olmaq Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədlərindən biridir.

Qeyd edək ki, Kann Beynəlxalq Film Festivalının builki münsiflər heyətinin sədri, aktrisa Jülyet Binoşdur.

# 319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #