Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra
29 avqust 2026
# 10:50

Dünya şöhrətli müğənni Selin Dion sentyabrın 12-dən oktyabrın 17-dək Fransanın paytaxtı Parisdə baş tutacaq 16 konsertlik turnenin məşqləri üçün şəhərə gəlib.

Kulis.az xəbər verir ki, nadir rast gəlinən nevroloji xəstəlik səbəbindən təxminən altı il səhnədən uzaq qalan və Fransada sonuncu dəfə 2017-ci ildə konsert verən ulduz sənətçi həftədə üç gün pərəstişkarlarının qarşısına çıxacaq.

Bütün biletlərin aylar öncədən satıldığı hər konsertdə 30 mindən çox tamaşaçının iştirakı gözlənilir.

Parisdə qaldığı hotelin önündə toplaşan izdihama təşəkkür edən Dion Fransanı özünün "ikinci evi" adlandırıb.

Qeyd edək ki, turnenin davamı olaraq sənətçinin 2027-ci ilin mayında daha 10 konsert verməsi planlaşdırılır.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər