Saxlanılan məşhur reper azad edildi

Saxlanılan məşhur reper azad edildi
13 avqust 2024
# 10:30

2024-cü il Paris Olimpiadasını izləmək üçün gəldiyi Fransanın paytaxtı Parisdə saxlanılan amerikalı reper Trevis Skottun azad edilib.

Kulis.az xəbər verir ki, Paris Prokurorluğu avqustun 9-da qaldığı oteldə mühafizəçi ilə mübahisə etdikdən sonra saxlanılan Skota qarşı kifayət qədər dəlilin olmadığını açıqlayıb.

Prokurorluq Skottun təxminən 36 saatlıq həbsdən sonra azad edildiyini təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ildə çıxardığı "Rodea" albomu ilə şöhrət qazanan sənətçi 2018-ci ildə "Astroworld" albomu ilə bütün dünyada tanınıb.

# 328 dəfə oxunub

Müəllifin son yazıları

# # #