"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib
13 may 2025
# 16:10

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir.

Kulis.az xəbər verir ki, mayın 8-də Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblı Bəxtiyar Vahabzadənin Ev-Muzeyində "Türk dünyasının böyük söz ustadı" adlı konsert proqramı ilə çıxış edib.

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi əvəzi Emil Bədəlov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Nəzakət Əliyeva, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, digər şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə Fərqanə Salamova, Mustafa Məmmədov, Səbuhi Hüseynov və Oqtay Abdurəhmanov şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Könül Cabbarova və Rəhimə Quliyeva isə şairin şeirlərini səsləndiriblər.

Qeyd edək ki, sonda məktəbin direktor əvəzi Sevil Rəsulova Bəxtiyar Vahabzadənin portreti həkk edilmiş kiçik xalçanı muzeyin direktoru Elşən Zəkəriyyəbəyliyə təqdim edib.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #