Salman Rüşdi bıçaqlanması haqqında kitab yazacaq

Salman Rüşdi bıçaqlanması haqqında kitab yazacaq
4 iyun 2023
# 13:46

Keçən il Nyu Yorkda qatıldığı tədbirdə hücuma məruz qalan və hücum nəticəsində bir gözünü itirən “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi yeni açıqlaması ilə diqqət çəkib.


Kulis.az xəbər verir ki, S. Rüşdi bu hücumla bağlı kitab yazacağını açıqlayıb.


O, video açıqlamada "Mənə olunan edilən hücumla bağlı kitab yazmağa çalışıram. Yalnız hücumla bağlı deyil, bunun nə olduğunu və nə üçün edildiyini də yazacağam. Bu, bir neçə yüz səhifəlik bir kitab olacaq. Yazmaq asan deyil, amma mən bunun öhdəsindən gələcəyəm. Bununla məşğul olmalıyam” - deyə qeyd edib.

Xatırladaq ki, uzun müddətdir Nyu Yorkda yaşayan Salman Rüşdi 2022-ci il avqustun 12-də Buffalo yaxınlığındakı Chautauqua İnstitutunda mühazirə oxumaq üçün podiuma çıxarkən 24 yaşlı Hadi Matar tərəfindən bıçaqla hücuma məruz qalmışdı. 15 bıçaq yarası alan Rüşdi xəstəxanaya aparılaraq əməliyyat olunmuşdu.

# 1274 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #