“Qurdoğlu” tarixi romanı işıq üzü gördü

“Qurdoğlu”  tarixi romanı işıq üzü gördü
11 sentyabr 2024
# 16:14

"Qurdoğlu" adlı tarixi roman işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Elşən Rüstəmovun müəllifi olduğu bu roman oxucunu XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın və bölgənin taleyüklü hadisələrinə şahidlik etmiş Qurdoğlu ailəsinin həyat yoluna aparır.

Əsər Zonuz şəhərindən başlayıb, Qacarlar dövründən keçərək, çar Rusiyası, sovet hakimiyyəti illərini əhatə edir və müasir dövrə qədər uzanır.

Kitabda Qurdoğlu nəslinin banisi İlyasdan başlayaraq, Mustafa Qurdoğlu, onun oğlu Abbas və nəvələrinin həyatı təsvir olunur. Müəllif ailənin tarixini Azərbaycanın ictimai-siyasi həyatının fonunda açır, oxucuya dövrün mənzərəsini təqdim edir.

Kitab "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Tarixi Miras: "Qurdoğlu" romanının yayımlanması" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilib.

# 722 dəfə oxunub

Müəllifin son yazıları

# # #