“Qara güzgü”də bu aktrisa oynayacaq

Salma Hayek, Hollivud ulduzu

Salma Hayek, Hollivud ulduzu

20 avqust 2022
# 15:09

Hollivud ulduzu Salma Hayek “Qara güzgü” ("Black mirror") fantastik serialının altıncı sezonunda çəkilişlərə qatılacaq.

Kulis.az “lenta.ru” saytına istinadla xəbər verir ki, aktrisa ilə danışıqlar artıq son mərhələdədir. Layihədə aktrisa S.Hayekdən başqa, Enni Mörfinin də iştirak edəcəyi məlum olub.

Salma Hayek bu yaxınlarda İtaliyada çəkilmiş Hollivud ulduzu Ancelina Colinin də rol aldığı yeni filmdə çəkilib. Aktrisa, həmçinin Stiven Soderberqin "Super Maykın son rəqsi" filmində də rol alıb.

Qeyd edək ki, “Qara güzgü”nün süjet xəttinin təfərrüatları hələ ki, gizli saxlanılır.

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #