Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” tamaşanın premyerası
5 oktyabr 2026
# 18:00

Oktyabrın 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.

Səhnə əsərində əsas obrazlar Vladimir və Estraqon bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.

Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər