İlkin Dövlətovun konserti keçirildi

İlkin Dövlətovun konserti keçirildi
13 may 2026
# 17:30

İlkin Dövlətov Bakı Musiqi Akademiyasının Opera Studiyası səhnəsində konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətçinin “Bir Cavan” adlı layihəsinin rəsmi tizeri təqdim olunub.

Təşkilatçılar bildiriblər ki, tizer konsertin əsas məqamlarını əks etdirir və layihənin yaxın vaxtlarda yeni təqdimatlarla davam etdirilməsi nəzərdə tutulur.

Layihənin hazırlanmasında “Safarli Production” komandası iştirak edib. Konsert proqramında “Vətən” rəqs qrupu və “Ramil Amarok” group rəqs nömrələri təqdim edib.

Musiqi müşayiətini “Flame” band, Talo və Orxan, “Nəva” muğam qrupu, Elvin Fəttayev və Elşən Qəriboğlu təmin ediblər.

Çəkiliş işləri “S/A” group, fotoçəkiliş isə Vüsal Mürsəlov tərəfindən həyata keçirilib. Qrim üzrə Vüsalə Mustafayeva, səs üzrə Xəyyam Sultanov, işıq üzrə isə Fərid Dünyamalıyev layihədə yer alıb.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər