“Minions & Monsters” ekranlara qayıtdı

“Minions & Monsters”  ekranlara qayıtdı
29 oktyabr 2026
# 18:00

“Minions” franşizasının yeni filmi “Minions & Monsters” artıq yayım platformasına çıxıb.

Kulis.az xəbər verir ki, ekran əsəri oktyabrın 28-dən etibarən "Peacock"da izləyicilərə təqdim olunur.

Film “Despicable Me” franşizasının yeddinci, “Minions” seriyasının isə üçüncü ekran əsəridir.

Rejissor Pyer Kofenin çəkdiyi film hadisələri 1920-ci illərin Hollivuduna aparır. Bu dəfə minionlar səssiz kino ulduzlarına çevrilmək və öz qorxu filmlərini çəkmək arzusundadırlar. Lakin onların planları gözlənilməz hadisələr və qəribə məxluqlarla qarşılaşmaları nəticəsində qarışır.

Filmin fərqləndirici tərəflərindən biri animasiya dünyasını köhnə Hollivudun atmosferi ilə birləşdirməsidir. Səssiz kino dövrünə edilən istinadlar həm uşaqlara, həm də kinonun tarixi ilə tanış olan böyüklərə hesablanıb. Bu yanaşma franşizanın ənənəvi yumorunu saxlayaraq hekayəyə yeni bir məkan və zaman gətirir.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər