“Pianissimo” adlı duet konsert təqdim edildi

“Pianissimo”  adlı duet konsert təqdim edildi
20 iyun 2024
# 15:30

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənli və bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın ilk duet konserti təqdim edilib.

Kulis.az xəbər verir ki, konsertdə İ.Bax, A.Vivaldi, J.Bize, M.Ravel, Q.Qarayev və digər bəstəkarların solo fortepiano, duet üçün yazdığı orijinal və işləmə əsərləri səsləndirilib.

Qeyd edək ki, pianoçular dəfələrlə eyni səhnəni bölüşsələr də ilk dəfə fortepiano dueti kimi bir araya gəlib konsert proqramı ilə çıxış ediblər. Konsertdə səslənən əsərlər tarixi xronoloji ardıcıllıqla deyil əsərlərin bədii quruluşuna əsasən sıralanıb. İfaçılar konserti zamanı həm də aparıcı qismində çıxış edərək əsərlər barəsində qısa məlumatları tamaşaçıların diqqətinə çatdırıblar. Bu da öz növbəsində konsertin səmimi atmosferdə keçməsinə zəmin yaradıb.

# 363 dəfə oxunub

Müəllifin son yazıları

# # #