1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu
23 sentyabr 2026
# 13:30

Türkiyə İş Bankı Rəsm və Heykəl Muzeyi sentyabrın 26-da "1914 qurşağı: Tanıdığımız rəssamlar" adlı yeni sərgisini təqdim edəcək.

Kulis.az xəbər verir ki, kuratorluğu professor Gül İrepoğluya aid olan layihədə 200-ə yaxın əsər toplanıb.

Sərgi XX əsrin əvvəllərində İstanbulda təhsil aldıqdan sonra Parisə göndərilən və Birinci Dünya müharibəsinin başlaması ilə Türkiyəyə qayıdan 1914-cü il nəslinin rəssamlarına həsr olunub.

Ekspozisiyada İbrahim Çallı, Feyhaman Duran, Namık İsmail, Sami Yetik, Hüseyin Avni Lifij, Nazmi Ziya Güran və Hikmet Onat kimi fırça ustalarının, eləcə də onların müəllimlərinin və tələbələrinin işləri yer alır.

Qeyd edək ki, sərgi 2027-ci il iyulun 12-dək nümayiş olunacaq.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər